...

Azərbaycan qadınlarının bir qrupu təltif edilib

Siyasət Materials 3 Mart 2011 19:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan qadınlarının bir qrupu təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycanda elm, təhsil və səhiyyənin inkişafındakı xidmətlərinə görə Baxşəliyeva Sona Balabəy qızı, Qəti Lalə Abbasəli qızı və Mirzəzadə Rəna Rza qızı "Tərəqqi" medalı ilə təltif ediliblər.

Dövlət başçısı həmçinin Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Kərimova Ayət Sadıq qızı və Məmmədova Sədaqət Ağaəli qızına "Əməkdar Müəllim", Əliyeva Səhər Hidayət qızı və Ocaqverdizadə Ofelya Məlkum qızına "Əməkdar Həkim", Əliyeva Zəhra Gülbala qızı və İsmayılova Səriyyə İsmayıl qızına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adları verilib.

Xəbər lenti

Xəbər lenti