...

Azərbaycan İrana yeni sərhəd-buraxılış məntəqəsinin yaradılmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Mart 2011 16:35 (UTC +04:00)
Azərbaycan İrana 24 saatlıq iş qrafiki ilə yeni sərhəd-buraxılış məntəqəsinin yaradılmasını təklif edir.
Azərbaycan İrana yeni sərhəd-buraxılış məntəqəsinin yaradılmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:10-da dərc olunub)

İran, Tehran, 7 mart /Trend, xüsusi müxbir İ.Səltənətpur/

Azərbaycan İrana 24 saatlıq iş qrafiki ilə yeni sərhəd-buraxılış məntəqəsinin yaradılmasını təklif edir. Belə bir təkliflə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclasında çıxış edib. Bu barədə MEHR agentliyinin müxbiri xüsusi olaraq Trend-ə məlumat verib.

İran XİN başçısı Əli Əkbər Salehi birgə bankın, birgə gəmiqayırma şirkətlərinin və kredit xətlərinin açılması təklifi ilə çıxış edib.

Azərbaycan XİN başçısı öz həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Bazar ertəsi Tehranda iki ölkənin xarici işlər nazirlərinin həmsədrləri olduqları hökumətlərarası komissiyanın 8-ci iclası keçirilib. İclasın yekunları üzrə ikitərəfli əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanacağı gözlənilir.

İranın xarici işlər naziri iki ölkə arasında çoxtərəfli əməkdaşlığın inkişafı üçün bütün sahələr üzrə işçi qruplarının yaradılmasını zəruri hesab edir.

Onun sözlərinə görə, bu qruplar daim fəaliyyət göstərməli və müxtəlif layihələrin həyata keçirilməsini fəallaşdırmalıdırlar.

Salehi elektrik enerjisi sahəsində iki ölkənin əməkdaşlığının qənaətbəxş olmadığını deyib. Salehi yaxın vaxtlarda bu sahədə yeni layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti