...

İran-Azərbaycan münasibətləri iki qardaş ölkənin münasibətləridir - İran Prezidenti

Siyasət Materials 8 Mart 2011 02:51 (UTC +04:00)
Bazar ertəsi İran prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Bu barədə Trend İRİ-nın prezident aparatının rəsmi saytına (www.president.ir) istinadən məlumat verir.
İran-Azərbaycan münasibətləri iki qardaş ölkənin münasibətləridir - İran Prezidenti

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir T.Cəfərov/

Bazar ertəsi İran prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Bu barədə Trend İRİ-nın prezident aparatının rəsmi saytına (www.president.ir) istinadən məlumat verir.

Görüş zamanı İran prezidenti iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.

İran prezidentinin sözlərinə görə, İran-Azərbaycan münasibətləri iki qardaş ölkənin münasibətləridir və daimi planlaşdırma və ekspert əməkdaşlığı hər iki ölkə üçün mövcud imkanlardan faydalı istifadə etmək şəraiti yaradacaq.

İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı ilə yanaşı Əhmədinejad iki xalq arasında da əlaqələrin möhkəmlənməsinin vacib olduğunu vurğulayıb.

Azərbaycan XİN-in başçısı, öz növbəsində, iki ölkə arasında əməkdaşlığın gələcək inkişafının əhəmiyyətini qeyd edib. Məmmədyarovun sözlərinə görə, İran və Azərbaycan iki qonşu müsəlman dövlət kimi bir-biri ilə əməkdaşlığı möhkəmləndirməlidir.

Elmar Məmmədyarov İran-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın 8-ci iclasında iştirak etmək üçün Tehrana səfər edib. Öncə bazar ertəsi Azərbaycanın XİN başçısı İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüş keçirib.

Xəbər lenti

Xəbər lenti