...

Azərbaycan daxili işlər naziri Bakıda keçirilən icazəsiz aksiyaya münasibətini bildirib

Siyasət Materials 12 Mart 2011 12:36 (UTC +04:00)
Azərbaycan daxili işlər naziri cümə günü Bakıda keçirilən icazəsiz aksiyaya münasibətini bildirib
Azərbaycan daxili işlər naziri Bakıda keçirilən icazəsiz aksiyaya münasibətini bildirib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan daxili işlər naziri cümə günü Bakıda keçirilən icazəsiz aksiyaya münasibətini bildirib.

"İctimai sabitliyi pozmaq cəhdləri keçmişdə də olub, indi də var. Dünənki aksiyaya coxdan hazırlıq gedirdi. Bizim gənclərimizi qanunsuz aksiya keçirməyə təhrik edirdilər. Lakin icazəsiz aksiya onu göstərdi ki, Azərbaycan gəncliyi xalqın ayrılmaz hissəsidir, ölkə Prezidentinin ətrafında sıx birləşib və onun apardığı siyasəti dəstəkləyir", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.

Nazir deyib ki, Azərbaycanda kriminogen durum uzun illərdir nəzarət altındadır, cinayətkarlığa qarşı uğurlu mübarizə aparılır.

"Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün nə lazımdırsa, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi bu tədbirləri görür", - nazir deyib.

Cümə günü saat 12:00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozub və metronun "28 may" stansiyası yaxınlığında toplaşmağa cəhd göstəriblər. Bu barədə cümə günü DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış daha 23 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.

Xəbər lenti

Xəbər lenti