...

Azərbaycanın Liviyadakı səfirlyi əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür - səfir

Siyasət Materials 18 Mart 2011 13:19 (UTC +04:00)
Azərbaycanın Liviyadakı səfirlyi NATO beynəlxalq hərbi kontingentinin ölkəyə mümkün müdaxiləsi zamanı öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görür.
Azərbaycanın Liviyadakı səfirlyi əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür - səfir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Liviyadakı səfirlyi NATO beynəlxalq hərbi kontingentinin ölkəyə mümkün müdaxiləsi zamanı öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov məlumat verib.

Səfirlik adi rejimdə işini davam etdirir və hələlik diplomatik missiyanın əməkdaşlarının təxliyə edilməsinə ehtiyac yoxdur. Səfir Tripolidən telefonla Trend-ə bildirib.

Diplomat qeyd edib ki, Tripolidə vəziyyət nəzarət altındadır, heç bir gərginlik yoxdur.

Liviyada vəziyyət gərginləşəndən Azərbaycan səfirliyi bu ölkədə müvəqqəti yaşayan və təhsil alan 35 soydaşımızı təxliyə edib.

Liviya lideri Müəmmər Qəddafinin mövqelərinə zərbələr "bir neçə saat ərzində" endiriləcək. Bu barədə "Frans Press" agentliyi Fransa hökumətinin rəsmi nümayəndəsi Fransua Baruanın bəyanatına istinadən məlumat verib.

Fevralın ortalarından ölkəni 40 ildən artıq idarə edən Qəddafinin istefası tələbi ilə etirazlar keçirilir. Beynəlxalq təşkilatlar hökumət qoşunları ilə toqquşmalarda minlərlə insanın həlak olduğunu bildirirlər. Qəddafi isə qeyd edir ki, bu belə deyil, ordu əhalini qorxuya salan banditlərlə mübarizə aparır. Məlumatı "RİA Novosti" yazır.

BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya aviasiyası üçün hava məkanının bağlanmasını, yerüstü qüvvə tətbiq etmədən hərbi əməliyyatların mümkünlüyünü, eləcə də Liviya Milli Neft Şirkətinin və onun Mərkəzi Bankının hesablarının dondurulmasını nəzərdə tutan qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti