...

Azərbaycanın müxalif partiyası vətəndaşları dini-ekstremist qüvvələrə meydan verməməyə çağırıb

Siyasət Materials 28 Mart 2011 14:31 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) siyasi qüvvələri və ölkə vətəndaşlarını nəticələrinin proqnozlaşdırılması mümkün olmayan qarşıdurmadan çəkinməyə, ölkədə dini-ekstremist qüvvələrə meydan verməməyə çağırıb.
Azərbaycanın müxalif partiyası vətəndaşları dini-ekstremist qüvvələrə meydan verməməyə çağırıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) siyasi qüvvələri və ölkə vətəndaşlarını nəticələrinin proqnozlaşdırılması mümkün olmayan qarşıdurmadan çəkinməyə, ölkədə dini-ekstremist qüvvələrə meydan verməməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin növbəti iclasında bildirilib.

İdarə Heyətinin bununla bağlı rəsmi açıqlamasında son günlər ərəb dünyasında baş verən qanlı inqilablardan ruhlanan Azərbaycandakı bəzi barışmaz siyasi qüvvələrin iqtidarla qarşıdurmaya getmək niyyətinin təəssüf və narahatlıq doğurduğu qeyd edilib. "Beləki, qarşıdurma yaratmaq üçün kifayət qədər tərəfdar toplaya bilməyən bu qüvvələr niyyətlərini gerçəkləşdirməyin yolunu İranın öz xalqına qənim kəsilmiş dövlət orqanlarıyla əlaqələrini etiraf etmiş dini qüvvələrlə iş birliyində görürlər", - açıqlamada bildirilir.

BAXCP bəyan edir ki, jurnalistin döyülməsini etirazları gücləndirmək üçün təxribatçı qüvvələrin təşkil etməsi ehtimalı istisna edilmədiyi kimi, qarşıdurma zamanı bəzi ölkələrdə rast gəlinən naməlum qüvvələr tərəfindən etirazçılara atəş açıla bilməsi ehtimalı da istisna olunmamalıdır.

Xəbər lenti

Xəbər lenti