...

Litva Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 8 Aprel 2011 14:18 (UTC +04:00)
Litva Prezidenti Dali Qribauskaytenin Azərbaycana səfər tarixi açıqlanıb.
Litva Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Ağayeva/

Litva Prezidenti Dali Qribauskaytenin Azərbaycana səfər tarixi açıqlanıb.

"Prezidentin səfəri mayın 2-3-də baş tutacaq", - cümə günü Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirib.

"Bu səfərin münasibətlərimizin inkişafına çox güclü təkan verəcəyini, Litva ilə Azərbaycan arasında qurulan açıq, dost dialoqun davamı olacağını gözləyirik", - səfir bildirib.

Səfər zamanı Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlığın perspektivlərinin, eləcə də regional xarakterli problemlərin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti