...

Altı ay ərzində İran Misirə səfir təyin edəcək

Siyasət Materials 20 Aprel 2011 19:45 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyində adının açıqlanmasını istəməyən şəxs İranın altı ay ərzində Misirə səfir təyin edəcəyini deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir
Altı ay ərzində İran Misirə səfir təyin edəcək

İran Xarici İşlər Nazirliyində adının açıqlanmasını istəməyən şəxs İranın altı ay ərzində Misirə səfir təyin edəcəyini deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

O əlavə edib ki, yaxın altı ay ərzində İran Misirdə, Misir isə İranda səfirlik açacaq, lakin bu istiqamətdə bəzi kiçik problemlər var ki, tədricən həll olunacaq.

O, Misirə səfir kimi hazırda Misirdə İranın mənafeyini qoruyan ofisin başçısı vəzifəsində çalışan Müctəba Əmaninin təyin olunacağını deyib.

Bir neçə gün bundan əvvəl İran televiziyası "Press TV" məlumat vermişdi ki, xarici işlər naziri Əli Əkbər Salehi və Misir XİN rəhbəri Nabil əl-Ərəbi arasındakı danışıqlardan sonra İran Misirə yeni səfir təyin edib. Bundan sonra İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu məlumatın düzgün olmadığını demişdi.

İran ilə Misir arasında münasibətlər 1978-ci ildə Misir İsraillə "Kemp-Devid" sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki dövlət arasında münasibətlər Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti