Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Millət vəkili Azərbaycan xalqına qarşı terror aktı həyata keçirən terrorçuların siyahısının ABŞ-a verilməsini təklif edir.
"Azərbaycan birmənalı olaraq dini, etnik və milli nöqteyi-nəzərdən həyata keçirilən terror aktlarını pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir", - Trend-in məlumatına görə, deputat Zahid Oruc bildirib.
"Lakin Azərbaycan xalqının beynəlxalq birlik tərəfindən belə mübarizənin nə üçün Azərbaycan xalqına qarşı terror həyata keçirən erməni terror qruplaşmalarına qarşı aparılmadığı barədə danışmaq hüququ var", - Oruc əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa uyğun olaraq, torpaqların işğal olunması bir terror faktından daha böyük cinayətdir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.