...

Fransa Senatında Azərbaycanın haqlı mövqeyi səsləndirilib

Siyasət Materials 10 May 2011 15:27 (UTC +04:00)
Fransa Senatında Azərbaycanın haqlı mövqeyi səsləndirilib.
Fransa Senatında Azərbaycanın haqlı mövqeyi səsləndirilib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Fransa Senatında Azərbaycanın haqlı mövqeyi səsləndirilib.

Senator Natali Qule çıxışı zamanı ermənilərin qondarma "erməni soyqırımı"ndan Azarbaycanın beynalxalq miqyasda tanınmış ərazilərinin işğal altında saxlanılmasına haqq qazandırmaq üçün istifadə etməsinin yolverilməzliyini qeyd edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

"Erməni soyqırımı"nın təkzib edilməsi üçün cinayət məsuliyyətinin tətbiqi haqqında" qanun layihəsi üzrə keçirilən müzakirələr zamanı Aşağı Normandiyadan olan senator Natali Qule çıxışında bu üzdəniraq "soyqırım"a azərbaycanlıların heç bir aidiyyətinin olmadığının fransız cəmiyyəti tərəfindən nəzərə alınmasının vacibliyini vurğulayıb. Senator, həmçinin uzaq 1915-ci ildə deyil, məhz 1992-ci ildə Xocalıda çoxsaylı azərbaycanlıların qətlə yetirildiklərini və heç kimin bu barədə danışmadığını bildirib, erməni isğalının 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirdiyini vurğulayıb. Qule çıxışının sonunda tamsil etdiyi Mərkəzi Ittifaq qrupu adından senatorları qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.

Qulenin çıxışı zaldakı ermənipərəst senatorların etiraz səs küyü və replikaları ilə müşayiət olunub və ona təsir göstərməyə cəhd edilib.

Senatda Qafqaz üzrə dostluq qrupunun və onun Azərbaycan bölümünün rəhbəri Ambruaz Dupon da müzakirələr zamanı qanun layihəsinə qarşı çıxıb. Senator qanunun qəbulunun Fransanın təkcə Türkiyə ilə deyil, həm də Azərbaycanla münasibətlərinə xələl gətirə və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini əhəmiyyətli dərəcədə zəiflədə biləcəyini qeyd edib, senatorları bu arqumentləri nəzərə almağa çağırıb.

Fransa Senatında "Erməni soyqırımı"nın təkzib edilməsi üçün cinayət məsuliyyətinin tətbiqi haqqında" qanun layihəsi 2006-cı ildə Fransa Parlamentinin aşağı palatası olan Assambleya tərəfindən qəbul edilib. Sosialist Partiyasının üzvü Serj Laqoş (Serge Lagauche) və digər 30 sosialist deputat tərəfindən irəli sürülmüş qanun layihəsi "erməni soyqırımı"nı baş verdiyini danan şəxslərə qarşı 1 illik həbs cəzası və 45 min avro məbləğində cərimə tətbiq edilməsini nəzərdə tutur.

Şarl Aznavur va erməni diasporunun digər nüfuzlu nümayəndələrinin ictimaiyyət təmsilçiləri qismində yer aldıqları Senat zalında layihənin həm lehinə, həm da əleyhinə edilən çıxışlarla müşayiət olan müzakirələrin ardınca, layihə öncədən gözlənildiyi kimi rədd edilib. Belə ki, səsvermədə iştirak edən 196 senatorlar onun rədd edilməsi təklifinin lehinə, 74 senator isə əleyhinə səs verib. Erməni diasporunun nüfüzlu təmsilçilərinin bu arada Prezident
Nikola Sarkozi ilə keçirdikləri görüş zamanı, Prezidentin senatorların seçiminə təsir göstərməyəcəyini vəd etməsinə baxmayaraq, iqtidarda olan Xalq Hərəkatı Birliyinin (UMP) mövqeyi Senatın qərarında həlledici olub. Belə ki, qeyd edilən 196 senatordan 137 UMP təmsilçiləridir. Qanunun qəbulunda tərəfdar çıxmış 74 senatorların isə əksəriyyəti Sosialist partiyası nümayəndələri olmaqla, erməni diasporunun seçkilərin nəticələrinə tutarlı təsir göstərmək iqtidarında olduğu regionlardan seçilənlər olub.

Beləliklə, erməni diasporunun və rəsmi Yerevanın Fransa Senatında növbəti dəfə təşkil edilmiş və aylarla üzərində işlədikləri növbəti texribat baş tutmadı və Senat tərəfindən rədd edildi. Eyni zamanda ilk dəfə olaraq uydurulmuş "erməni soyqırımı" məsələsi üzrə müzakirələr zamanı ermənilərin Xocalıda törətdikləri qətliyəm barədə həqiqətlər, Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi təcavüz və onun siyasi və humanitar nəticələri barədə bilgilər nəinki Fransa senatının bütün üzvlərinə, eyni zamanda iclasda iştirak edən Fransa hökumət üzvlərinin də diqqətinə Fransız senatoru tərəfindən səsləndirilib və ermənilərin onilliklərlə Fransada və bütün dünyada yeritdikləri "qurban" imicinə ciddi zərbə vurulub.

Xəbər lenti

Xəbər lenti