...

Azərbaycanın və Latviyanın birinci xanımları Müasir İncəsənət Muzeyi ilə tanış olub, "Sənət inciləri" sərgisinə baxıblar (FOTO)

Siyasət Materials 11 May 2011 19:22 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Latviyanın birinci xanımı Lilita Zatlere Müasir İncəsənət Muzeyində olublar.
Azərbaycanın və Latviyanın birinci xanımları Müasir İncəsənət Muzeyi ilə tanış olub, "Sənət inciləri" sərgisinə baxıblar (FOTO)

Çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Latviyanın birinci xanımı Lilita Zatlere Müasir İncəsənət Muzeyində olublar.

Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək yaradılmış ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, bir çox digər fırça və tişə ustalarının əsərləri ilə tanış olmuşdur.

Azərbaycanın və Latviyanın birinci xanımları Müasir İncəsənət Muzeyində açılmış "Van Cleef & Arpels" şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı Əməkdar Rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim olunduğu "Sənət inciləri" sərgisinə də baxmışlar.

Bildirilmişdir ki, "Sənət inciləri" sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu "Van Cleef & Arpels" Evinin zərgərlik məmulatlarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərlərində təcəssüm tapmışdır. Buna görə də həm Ə.Əlimirzəyevin əsərləri, həm də "Van Cleef & Arpels"in nadir sənət nümunələri bir-birini heyrətamiz şəkildə tamamlayır.

"Van Cleef & Arpels"in yaradıcılıq dünyasının əsasını təşkil edən dörd əsas mövzuda - "Təbiət", "Şərq dünyası", "Yüksək moda" və "Görünməz çərçivə" üzrə təqdim edilən zinət əşyaları ilə tanışlıqdan sonra Azərbaycanın və Latviyanın birinci xanımları rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxdılar.

Qonaq muzey və sərgi ilə tanışlıqdan xoş təəssüratla ayrılmışdır.

Xəbər lenti

Xəbər lenti