...

Azərbaycanın xarici işlər naziri ATƏT-in KİV azadlığı üzrə nümayəndəsini qəbul edib

Siyasət Materials 12 May 2011 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Azərbaycanda səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən xanım Miyatoviç ölkəmizin onun rəhbərlik etdiyi qurumla əməkdaşlığını yüksək qiymətləndirib.

Məmmədyarov Avropa strukturlarına inteqrasiyanın Azərbaycanın maraqlarına cavab verdiyini bildirib. Nazir Azərbaycanda internet azadlığının təmin edildiyini, respublika üzrə məktəblərdə kompüterləşdirilmə prosesinin getdiyini qonağın diqqətinə çatdırıb və təhsilə investisiyanın ən faydalı yatırım olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti