Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncamla Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:
Komissiyanın həmsədri
|
Niyazi Səfərov |
- |
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini |
Komissiyanın üzvləri:
|
Xələf Xələfov |
- |
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini |
|
Ragim Lətifov |
- |
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini |
|
Azər Bayramov |
- |
Azərbaycan Respublikası maliyyə nazirinin müavini |
|
Musa Pənahov |
- |
Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini |
|
Aslan Aslanov |
- |
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini |
|
Sevda Məmmədəliyeva |
- |
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini |
|
Elmar Qasımov |
- |
Azərbaycan Respublikası təhsil nazirinin müavini |
|
Elsevər Ağayev |
- |
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini |
|
Elmir Vəlizadə |
- |
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini |
|
Səfər Mehdiyev |
- |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini |
|
Dövlətxan Dövlətxanov |
- |
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini |
|
Xəqani Abdullayev |
- |
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini |
|
Qüdrət Qurbanov |
- |
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi |
|
Elşad Nəsirov |
- |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti |
|
Marlen Əsgərov |
- |
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti |
|
Tahir Tağızadə |
- |
Azərbaycan Respublikasının Çexiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri |
Azərbaycan Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökum əti arasında iqtisadi , elmi - texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Az ərbaycan tərəfindən tərkibi barədə Çexiya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb .