Azərbaycan, Bakı, 16 may /Trend/
Milli Məclisin deputatı Xorvatiyaya səfər edəcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, millət vəkili Mirkazım Kazımov mayın 17-dən Xorvatiyanın Zadar şəhərində səfərdə olacaq.
Millət vəkili dünya parlamentarilərinin Təbiət üzrə VII qlobal formunda iştirak edəcək.
Burada daha yaxşı təbiət üçün qanunlar, urbanizasiya problemləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Azərbaycanın millət vəkili "Qanunvericilər dəyişikliyin aparıcı qüvvəsi kimi", "İqlim dəyişikliyi və sahilyanı şəhərlər" mövzularında keçiriləcək seminarlarda da iştirak edəcək.
Konfransın sonunda Zadar bəyannaməsi qəbul olunacaq.
Səfər mayın 22-də başa çatacaq.