Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Çexiya Prezidenti Vatslav Klaus cümə axşamı Azərbaycanın şimal-qərb bölgəsində olub.
Trend-in məlumatına görə, Gəncə beynəlxalq hava limanında Çexiya dövlətinin başçısı Vatslav Klausu və xanımı Liviya Klausovanı Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Vatslav Klaus və onu müşayiət edən nümayəndə heyəti buradan Şəkiyə yola düşdülər.
Şəki ilə tanışlıqdan sonra Gəncəyə qayıdacaq ali qonaq burada da bir sıra görüşlər keçirəcək.