Azərbaycan, Bakı, 19 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul edib, məlumatı Prezidentinin rəsmi saytı yayıb.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirib.
Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı və bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul edib. Məlumatı Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı yayıb.
