...

Gürcüstanın radikal müxalifəti yenidən Azadlıq Meydanında toplaşacaq

Siyasət Materials 25 May 2011 11:32 (UTC +04:00)
"Xalq Məclisi" liderlərindən biri Nino Burcanadze yenidən öz tərəfdarlarını çərşənbə günü saat 15:00-da Tbilisidəki Azadlıq Meydanına toplaşmağa və Prezident Mixail Saakaşvilinin mayın 26-da Müstəqillik Günü şərəfinə keçirilən hərbi paradı qəbul etməsinə imkan verməməyə çağırıb.
Gürcüstanın radikal müxalifəti yenidən Azadlıq Meydanında toplaşacaq

Gürcüstan, Tbilisi, 25 may /Trend, müxbir N.Kirsxaliya/

"Xalq Məclisi" liderlərindən biri Nino Burcanadze yenidən öz tərəfdarlarını çərşənbə günü saat 15:00-da Tbilisidəki Azadlıq Meydanına toplaşmağa və Prezident Mixail Saakaşvilinin mayın 26-da Müstəqillik Günü şərəfinə keçirilən hərbi paradı qəbul etməsinə imkan verməməyə çağırıb.

Trend-in məlumatına görə, Burcanadze bildirib ki, Gürcüstanın "Xalq Məclisi" mayın 26-da Müstəqillik Günü şərəfinə hərbi paradın keçirilməsinə hər vasitə ilə mane olmaq barədə qərar qəbul edib.

Onun sözlərinə görə, bu gün saat 12:00-da mayın 21-dən davam edən etiraz aksiyasının iştirakçıları adətən toplaşdıqları Kostava küçəsində, Gürcüstan İctimai Televiziyasının binası yanında yığışacaqlar və oradan da Azadlıq Meydanına yürüş təşkil edəcəklər.

Burcanadze deyib ki, əgər xalq indi də Prezident Mixail Saakaşvilinin istefası tələbi ilə toplaşmasa, onda o, xalqın fikri ilə "razılaşmaq niyyətindədir".

Mayın 21-də "Xalq Məclisi"nin tərəfdarları məhz bu meydanda toplaşmışdılar, lakin iki saatdan sonra onlar yerlərini dəyişərək Kostava küçəsində yığışmışdılar. Aksiyaların birinci günündə orada təxminən 6 min nəfər iştirak edirdisə, radikal müxalifətin İctimai Televiziyanın binası yanındakı aksiyasına 500-dən 1000 nəfərədək etirazçı toplaşmışdı.

Xəbər lenti

Xəbər lenti