...

İlham Əliyev Rusiya Olimpiya Komitəsinin prezidentini qəbul edib

Siyasət Materials 27 May 2011 14:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul edib
İlham Əliyev Rusiya Olimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Rusiya Federasiyası Hökumətinin sədr müavini, Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə, həmçinin beynəlxalq olimpiya hərəkatında Azərbaycan Milli Olimpiya Komitəsi ilə Rusiya Olimpiya Komitəsi arasında yüksək səviyyədə əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti