...

Prezident İlham Əliyev iki Olimpiya idman kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 27 May 2011 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev iki Olimpiya idman kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda nəzərdə tutulur ki, Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılsın.

Nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada təmin edilməsi Azərbaycan Maliyyə Nazirliyinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti