...

Azərbaycanın hakim partiyasının gəncləri Rumıniyaya gedəcəklər

Siyasət Materials 10 İyun 2011 12:34 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin dəvəti ilə 11 - 17 iyun tarixlərində bu ölkəyə səfər edəcək.
Azərbaycanın hakim partiyasının gəncləri Rumıniyaya gedəcəklər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin dəvəti ilə 11 - 17 iyun tarixlərində bu ölkəyə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə məlumatı YAP-ın rəsmi saytı yayıb.

Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyanın Liberal Demokrat Partiyasının bir sıra rəsmiləri, parlamentin deputatı Danuts Liga, partiyanın müxtəlif bölgələrdən olan gəncləri ilə görüşəcək, münasibətlərin daha da inkişaf etməsi üçün qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparacaqlar. Səfər çərçivəsində gənclər, həmçinin Rumıniyanın parlament binasında olacaq, ölkənin ali qanunverici orqanında iş prosesini izləyəcəklər.

Xəbər lenti

Xəbər lenti