...

Türkiyədə islamlaşma təhlükəsi yoxdur - müxalif partiyanın lideri

Siyasət Materials 10 İyun 2011 19:29 (UTC +04:00)
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib ki, Türkiyədə islamlaşdırma riski yoxdur.
Türkiyədə islamlaşma təhlükəsi yoxdur - müxalif partiyanın lideri

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A.Tağıyeva/

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib ki, Türkiyədə islamlaşdırma riski yoxdur.

Kılıcdaroğlu deyib ki, onu ölkədə söz azadlığı ilə bağlı vəziyyət daha çox narahat edir.

"Türkiyənin Aİ-yə qoşulmağa səy göstərməsi fonunda 57 jurnalstin azadlıqdan məhrum olunması bizi narahat edir", - o qeyd edib.

Kılıcdaroğlu qeyd edib ki, Türkiyənin demokratikləşməsi üçün Avropa modelinin tətbiqi lazımdır. Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı tənqid edərək o əlavə edib ki, Türkiyədə yalnız CHP hakimiyyətə gəldikdən sonra Ankara idarəetmənin Avropa modelini görəcək.

Kılıcdaroğlu qeyd edib ki, Baş nazir Ərdoğan ölkəni təkbaşına idarə edir və hər şeyi özü həll edir. "Və bu tamamilə demokratik deyil", - o əlavə edib.

Partiya liderinin sözlərinə görə, CHP-nin məqsədi Ankaranın Qərblə yaxınlaşmasıdır. O, Ərdoğanı Türkiyəni ərəb ölkəsi etməyə çalışmaqda da günahlandırıb.

Türkiyədə parlament seçkiləri iyunun 12-nə təyin olunub. Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb.

Xəbər lenti

Xəbər lenti