...

Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır - Polad Bülbüloğlu

Siyasət Materials 11 İyun 2011 10:24 (UTC +04:00)
Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır və bu, fərəhləndirici haldır, mənən dəstəkləyən əsas amildir.
Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır - Polad Bülbüloğlu

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır və bu, fərəhləndirici, mənən dəstəkləyən əsas amildir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Azərbaycan Respublikası: Müstəqilliyin 20 illiyi" mövzusunda ekspert seminarı zamanı təbrik çıxışında deyib.

Səfir iki ölkə arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini də qeyd edib.

Bülbüloğlunun sözlərinə görə, Rusiya və Azərbaycan iqtisadi və siyasi sahələrdə, təhlükəsizlik məsələlərində bütün səviyyələrdə əlaqələri inkişaf etdirirlər.

"Bizim münasibətlərimiz, xüsusilə də sərhədlərlə bağlı məsələlər tam həll edildikdən sonra keyfiyyətcə yeni səviyyəyə daxil olur", - o qeyd edib.

Səfir bildirib ki, hazırda Azərbaycan keçmiş Sovet İttifaqının ən dinamik inkişaf edən ölkələrindən biridir.

"Müasir Azərbaycanın uğurlarının təməli ümummilli lider Heydər Əliyevin dövründə qoyulub. Onun ölkəyə və cəmiyyətə təklif edə bildiyi siyasət, aktual gündəlik və qura bildiyi səmərəli çoxəsrlik xarici siyasət indiyədək Azərbaycan Respublikasının sabit və davamlı inkişafının əsas faktorlarından biridir", - o vurğulayıb.

Səfir Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn sülhməramlı səylərini də vurğulayıb.

"Biz sülh tərəfdarıyıq, lakin yubanmış münaqişələri həll etməliyik və Qarabağ ərazisində iki icmanın birgə yaşamasına qayıtmalıyıq. Qarabağ münaqişəsini etniklərarası qarşıdurmaya çevirmək üçün göstərilən bütün cəhdlərin işlərin real vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu cəhdlər məsələnin real mahiyyətini ört-basdır etmək məqsədi güdür", - Bülbüloğlu əlavə edib.

Cümə günü MDU-nun Analitik İnformasiya Mərkəzi Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə "Azərbaycan Respublikası: Müstəqilliyin 20 illiyi" mövzusunda ekspert seminarının iclasını keçirib.

Müzakirələrdə tədbir iştirakçıları regional və qlobal əlaqələr sistemində Azərbaycanın ən yeni tarixini əks etdirən məsələlərin geniş spektrinə toxunacaqlar.

Ekspert seminarının işində Rusiya və Azərbaycanın ekspert cəmiyyətlərinin nümayəndələri, alimlər və jurnalistlər iştirak edirlər. Tədbir çərçivəsində Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və MDU-nun Tarix fakültəsinin dekanı Sergey Karpov məruzə ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti