...

Azərbaycanın müxalifət partiyasının sədri istefaya gedib (FOTO)

Siyasət Materials 11 İyun 2011 14:27 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Mikayıl Rəhimov partiya sədrliyindən və üzvlüyündən istefa verib.
Azərbaycanın müxalifət partiyasının sədri istefaya gedib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Mikayıl Rəhimov partiya sədrliyindən və üzvlüyündən istefa verib. Trend-in məlumatına görə, bu barədə BAXCP Ali Məclisinin şənbə günü keçirilən sessiyasında qərar qəbul olunub.

Rəhimov Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün Seçkilər Məcəlləsinin tələblərinə əsasən Ali Məclis sədrliyindən və partiya üzvlüyündən istefa verib.

Sessiyada aparılan müzakirələr zamanı Ali Məclis sədrliyinə BAXCP İdarə Heyətinin üzvü Vaqif Abışovun namizədliyi irəli sürülüb. Ali Məclis üzvləri yekdilliklə Vaqif Abışovun namizədliyini dəstəkləyiblər.

Həmçinin, sessiyada BAXCP sədrinin təqdimatına əsasən ayrı-ayrı sahələr üzrə katiblər seçilib. Səsvermə nəticəsində Dünyamalı İmaməliyev humanitar məsələlər üzrə katib, Telman Siyabov ideoloji və təbliğat işləri üzrə katib, Niyaməddin Orduxanov isə ictimai-siyasi məsələlər üzrə katib vəzifəsinə seçiliblər. Ali Məclis sədrinin müavini vəzifəsinə isə Faiq İsmayılov seçilib.

Xəbər lenti

Xəbər lenti