...

İlham Əliyev Türkiyənin Baş nazirini parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib

Siyasət Materials 13 İyun 2011 10:29 (UTC +04:00)
İyunun 12-si axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
İlham Əliyev Türkiyənin Baş nazirini parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib

İyunun 12-si axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı inamlı qələbə münasibətilə təbrik edib, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd edib və bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu vurğulayıb.

Türkiyənin Baş naziri səmimi təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

Xəbər lenti

Xəbər lenti