Azərbaycan, Bakı, 24 iyun /Trend/
Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) cümə günü keçirilən II qurultayında Mirmahmud Mirəlioğlu partiyanın sədri postuna alternativsiz keçirilən seçkidə qalib gəlib. Məlumatı Trend-ə KXCP-dən bildiriblər.
Sonra partiyanın rəhbər strukturuna seçki keçirilib.
Qurultaydan sonra Ali Məclisin yeni tərkibdə ilk iclası keçirilib. Bəybala Əbil Ali Məclisin sədri vəzifəsinə seçilib.