Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/
NATO ekspertləri Bakıya səfər edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 5-6-da NATO-ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımı göstərmək məqsədilə Azərbaycana gələcək.
İyulun 10-12-də isə NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının hüquq üzrə mobil təlim qrupu Bakıda səfərdə olacaq.