...

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası keçiriləcək

Siyasət Materials 1 İyul 2011 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 4-9-da Bakı şəhərində NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti yay sessiyası keçiriləcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yay sessiyası yaxın "Middle East puzzle: security and democracy" ("Yaxın Şərq: təhlükəsizlik və demokratiya") mövzusuna həsr olunacaq. Tədbirə yerli, həmçinin NATO üzv və tərəfdaş ölkələrindən 50-dək dinləyici və mühazirəçinin qatılması nəzərdə tutulur.

Yay sessiyası ərzində Yaxın Şərq regionunda baş verən son hadisələr, onların yaranma səbəbləri və mahiyyəti, mövcud siyasi durum, sosial şəbəkələr və medianın rolu, beynəlxalq hüquq və qərar qəbuletmə, beynəlxalq birliyin müdaxiləsi və digər aidiyyəti məsələlər müzakirə olunacaq.

Yay sessiyasının açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı səfir Xəzər İbrahimin çıxışları nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti