Azərbaycan Prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncamda qeyd olunur ki, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri |
|||
Ramiz Mehdiyev |
- |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri |
|
Dövlət Komissiyasının üzvləri |
|||
Elçin Əfəndiyev |
- |
Azərbaycan Respublikası Baş nazirinin müavini |
|
Misir Mərdanov |
- |
Azərbaycan Respublikasının təhsil naziri |
|
Samir Şərifov |
- |
Azərbaycan Respublikasının maliyyə naziri |
|
Əli Abbasov |
- |
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri |
|
Elman Rüstəmov |
- |
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri |
|
Məleykə Abbaszadə |
- |
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri |
|
Şahmar Mövsümov |
- |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru |
|
Fatma Abdullazadə |
- |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri |
|
İsmayıl Sadıqov |
- |
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri |
Sərəncama əsasən yaradılmış Dövlət Komissiyasına "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.