Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.