...

Azərbaycan XİN Sarkisyanın fikirlərinə münasibət bildirib

Siyasət Materials 28 İyul 2011 16:50 (UTC +04:00)
Əlləri dirsəyəcən qana batan və karyerasının arxasında uzun cinayətlər duran insanın digər dövlət rəhbərinin fikirlərini şərh etməyə nə mənəvi, nə də intellektual hüququ yoxdur.
Azərbaycan XİN Sarkisyanın fikirlərinə münasibət bildirib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Ağayeva/

Əlləri dirsəyəcən qana batan və karyerasının arxasında uzun cinayətlər duran insanın digər dövlət rəhbərinin fikirlərini şərh etməyə nə mənəvi, nə də intellektual hüququ yoxdur. Öz mənafeyi və şəxsi maraqları naminə əhalisinin problemləri ilə bağlı narahat olmayaraq Ermənistanı həm iqtisadi, həm də siyasi baxımdan pat vəziyyətinə salan insan humanizm və demokratiya haqqında fikir yürüdərək özünə kənardan baxmağı unudur. Bunu Trend-ə Ermənistan Prezidentinin Yerevanda Polşa Prezidenti ilə birgə mətbuat konfransında fikirlərini şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

Xəbər lenti

Xəbər lenti