...

Azərbaycanın prokurorluq orqanlarında bu il işdən çıxarılan və cəzalandırılan əməkdaşların statistikası açıqlanıb

Siyasət Materials 30 İyul 2011 10:55 (UTC +04:00)
Respublika Prokurorluğunda korrupsiya cinayətlərinə görə bu ilin birinci yarısında 12 cinayət işi başlanıb
Azərbaycanın prokurorluq orqanlarında bu il işdən çıxarılan və cəzalandırılan əməkdaşların statistikası açıqlanıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Respublika Prokurorluğunda korrupsiya cinayətlərinə görə bu ilin birinci yarısında 12 cinayət işi başlanıb . Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun bu ilin birinci yarısının yekunlarına dair keçirilən əməliyyat müşavirəsində qeyd edilib.

Məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini verib.

Digər hüquq -mühafizə orqanları, ilk növbədə , Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində hesabat dövründə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında respublikada qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, seksual xarakterli zorakılıq hərəkətləri, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalı b, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 12139 cinayətin 82,2 faizi açılıb.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2011-ci ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Gəncə şəhəri üzrə 2, Zaqatala, Neftçala, Lənkəran və Ağdam rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.

Cari ilin birinci yarısında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 7528 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq edilən cinayət işləri 5,1, ziyanın real ödəmə məbləği 67,6 faizə bərabər olub. İctimai əks-səda doğurmuş, keçmiş illərdə törədilərək, uzun müddət bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilb.

Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olu b. Belə ki, 2011-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 2 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış kodeksi"nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub, 28 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, qanunsuzluqlara yol verən 8 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti