...

Azərbaycan Prezidenti Şabranda Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkı ilə tanış olub (FOTO)

Siyasət Materials 15 Avqust 2011 20:01 (UTC +04:00)
Avqustun 15-də Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında oldu.
Azərbaycan Prezidenti Şabranda Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkı ilə tanış olub (FOTO)

Avqustun 15-də Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında oldu.

Bildirildi ki, Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəman Vətən övladlarından biridir. Böyük Vətən müharibəsində faşistlərə qarşı rəşadətlə döyüşən igid partizan Məmmədağa Nəzirovun xatirəsi bu gün də şabranlılar tərəfindən ehtiramla anılır.

Qeyd olundu ki, parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 0,7 hektara yaxın olan istirahət guşəsində yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb.

Sonra dövlətimizin başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxdı. Bildirildi ki, müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Bu bulağın inşası həm də şəhər sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımlardan biridir.

Prezident İlham Əliyev "Şabran ilkin orta əsrlərdə" adlı fotostendlə də tanış oldu. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Rayon ərazisində ilkin orta əsrlərə aid çox sayda tarixi abidələr qorunub saxlanılır. Bölgənin bu cür abidələrlə zəngin olması bu gün müasir səviyyədə inkişaf edən Şabranın qədim tarixindən xəbər verir. Heç şübhəsiz ki, bu fakt həm də rayona əlavə turist axınının artmasına səbəb olan başlıca meyarlardan biri kimi səciyyələndirilir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti