...

MSK-nın bəzi normativ hüquqi sənədlərində dəyişikliklər edilib

Siyasət Materials 23 Avqust 2011 16:30 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bəzi normativ hüquqi sənədlərində dəyişikliklər edilib.
MSK-nın bəzi normativ hüquqi sənədlərində dəyişikliklər edilib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Hacıyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bəzi normativ hüquqi sənədlərində dəyişikliklər edilib. Trend-in məlumatına görə, MSK-nın çərşənbə axşamı keçirilən iclasında Komissiya üzvü Arifə Muxtarova təklif olunan əlavə və dəyişiklikləri MSK üzvlərnin diqqətinə çatdırıb.

O qeyd edib ki, MSK-nın səkkizə yaxın təlimatında əlavə və dəyişiklik edilməsi təklif olunub. Onun sözlərinə görə, Bələdiyyə seçkiləri üçün seçicilərin təşəbbüs qrupunun yaradılması ilə bağlı təlimat, Bələdiyyə seçkilərdə namizədin, siyasi partiyaların səlahiyyətli nümayəndələrə vərəqələrin verilməsi qaydaları, Bələdiyyə seçkilərində imza vərəqələrinin toplanması və DSK-ya təqdim etmək qaydaları, Namizədlərin qeydə alınması üçün sənədlərin yoxlanılması qaydaları, Bələdiyə seçkilərinin hazırlanması və keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin DSK-lar arasında bölünməsi və onların xərclənməsinə nəzarət edilməsi qaydaları, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı MSK-nın digər sənədləri və KİV-də seçkiqabağı təşviqatın aparılması ilə bağlı təlimata əlavə və dəyişikliklər olunması təklif olunur.

Daha sonra Muxtarova təklif olunan əlavə və dəyişiklikləri MSK üzvlərinin diqqətinə çatdırıb.

Müzakirələrdən sonra təklif olunan əlavə və dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti