...

Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək - Senat sədri

Siyasət Materials 26 Avqust 2011 16:46 (UTC +04:00)
Pakistan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər ərazilər məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcək.
Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək - Senat sədri

Аzərbaycan, Bakı, 26 avqust /Trend/

Pakistan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər ərazilər məsələsində Azərbaycanı dəstəkləməkdə davam edəcək. Trend-in məlumatına görə, bu barədə Pakistan Senatının sədri Faruk Naek bildirib.

Senat sədri cümə günü Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşündə Azərbaycanın mübahisənin BMT qətnamələrinə uyğun dinc yolla nizamlanmasında Kəşmirin və Pakistanın səylərini və Kəşmir xalqının istəklərini dəstəkləməsini qiymətləndirib. Məlumatı "Associated Press of Pakistan" yayıb.

"Pakistan Azərbaycanla tarixi, mədəni və dini birliyə əsaslanan yaxın qardaş münasibətləri yüksək qiymətləndirir", - Naek bildirib. Onun sözlərinə görə, iki ölkə müxtəlif regional və beynəlxalq məsələlər üzrə vahid fikrə malikdir.

"Müxtəlif məsələlərlə bağlı bir-birimizə göstərdiyimiz dəstək bizim əlaqələrimizin möhkəmliyinin təzahürüdür", - o, müxtəlif sahələrdə iki ölkə arasındakı sıx əməkdaşlıqla bağlı öz məmnunluğunu ifadə edib.

Onun sözlərinə görə, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq daha yüksək səviyyəyə qaldırıla bilər. İldə 11 550 min ABŞ dolları təşkil edən ikitərəfli ticarətin həcmi iki ölkə arasındakı mövcud potensiala uyğun gəlmir, müdafiə sahəsində əməkdaşlıq üçün nəhəng imkanlar var.

"Ölkələrimiz bu sahədə əməkdaşlığın yeni istiqamətlərini birgə öyrənməlidirlər", - Senatın sədri bildirib.

O, həmçinin qarşılıqlı parlamentlərarası mübadilələrin və insanlar arasında sıx əlaqələrin zərurliyini qeyd edib və deyib ki, belə əlaqələr mövcud münasibətlərin aktivləşməsinə yardım edir.

Azərbaycan səfiri Faruk Naekə onun parlamentə dəvət olunmasına görə minnətdarlığını bildirib və Senat sədrini əmin edib ki, o, iki ölkə arasında gələcəkdə dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün var gücünü sərf edəcək.

Sədr Şikarovu Pakistana səfir təyin edilməsi münasibətilə təbrik edib və onun gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün öz imkanlarından istifadə edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti