...

Azərbaycan Prezidenti BMT-nin baş katibinə başsağlığı verib

Siyasət Materials 27 Avqust 2011 21:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Qi Muna başsağlıq məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti BMT-nin baş katibinə başsağlığı verib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Qi Muna başsağlığı məktubu ünvanlayıb.

"Nigeriyanın Abuca şəhərində BMT-nin qərargahı qarşısında törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.

Bu amansız hadisə terrorizmə qarşı hər zaman və hamılıqla mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir. Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik", - məktubda deyilir.

Prezident ilham Əliyev Pan Qi Muna, həlak olanların ailələrinə və yaxın adamlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti