...

Əhmədinejad ABŞ-ı və Qərbi "bəşəriyyətin bütün bəlalarında" günahlandırıb

Siyasət Materials 23 Sentyabr 2011 04:43 (UTC +04:00)

ABŞ, Nyu-York, 22 sentyabr /müxbir A.Qasımova/

İran prezidenti Mahmud Əhmədinejad cümə axşamı BMT-nin Baş Assambleyasında çıxışı zamanı ABŞ-ı və Qərb ölkələrini "bəşəriyyətin bütün bəlalarında" günahlandırıb, Trend-in xüsusi müxbiri məlumat verib.

"Birinci və İkinci dünya müharibələrini kim törədib? Səddamı İrana hücüm etməyə kim təşviq edib, onu kimyəvi silahla kim təmin edib? 11 sentyabr sirli insidentindən müharibəyə hazırlaşmaq və Yaxın Şərqdə hakim olmaq üçün kim istifadə edib? İqtisadi böhrana görə kim məsuliyyət daşıyır? Afrikada evlərindən milyonlarla insanı zorla kim qaçırıb? Koreya yarımadasında və Vyetnamda müharibələri kim yaradıb? Cavablar gün kimi aydındır. Demokratiya çiçəyi NATO-nun raketlərindən, toplardan və bombalardan gül aça bilərmi?", - Əhmədinejad deyib.

İran prezidentinin çıxışına etiraz əlaməti olaraq, ABŞ və bir sıra Qərb ölkəsinin nümayəndə heyətləri Baş Assambleyanın iclas zalını tərk edib.

Xəbər lenti

Xəbər lenti