...

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş-Ha-Şana münasibətilə təbrik edib

Siyasət Materials 26 Sentyabr 2011 18:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudi xalqının milli yeni il bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş-Ha-Şana münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudi xalqının milli yeni il bayramı münasibətilə təbrik edib.

"Yəhudi xalqının milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi vətəndaşlarımız, yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu siyasət gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!" - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti