...

Azərbaycan və Kolumbiya arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Oktyabr 2011 15:21 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya xarici işlər nazirinin müavini Patti Londonyo Xaramiyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Kolumbiya arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya xarici işlər nazirinin müavini Patti Londonyo Xaramiyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə XİN mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Görüş zamanı Azərbaycan - Kolumbiya münasibətləri ilə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib. Nazir Məmmədyarov Kolumbiya nümayəndə heyətinin ilk rəsmi səfərini yüksək qiymətləndirərək bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Xəbər lenti

Xəbər lenti