...

Küveytli deputatlar Azərbaycana gəlirlər

Siyasət Materials 15 Oktyabr 2011 12:17 (UTC +04:00)
Küveyt Dövləti parlamentinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin oktyabrın 16-da Azərbaycana səfəri başlayır.
Küveytli deputatlar Azərbaycana gəlirlər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Küveyt Dövləti parlamentinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin oktyabrın 16-da Azərbaycana səfəri başlayır.

Milli Məclisin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, səfərin məqsədi Azərbaycan ilə Küveyt arasında parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Oktyabrın 17-də Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü keçiriləcək.

Səfər çərçivəsində qonaqların bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti