Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Cümə axşamı Gürcüstan XİN-də xarici işlər naziri Qriqol Vaşadzenin Azərbaycana səfəri məsələsi müzakirə edilib.
Trend-in məlumatına görə, bu məsələ bu gün Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn arasında keçirilən görüş zamanı müzakirə edilib.
Nazirin Bakıya rəsmi səfəri oktyabrın 26-27-də gözlənilir.
"Vaşadze və Hüseyn ikitərəfli münasibətlərin aktual problemlərini də müzakirə ediblər", - Gürcüstan XİN məlumat verir.