Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi nəinki Dağlıq Qarabağ münaqişəsinin həllində, həmçinin digər qlobal məsələlərdə Azərbaycanın öz həqiqi gücünü göstərməsinə və beynəlxalq imicini yüksəltməsinə təsir göstərəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Freyzer bildirib.
"Təbii ki, demokratiya və insan haqları məsələləri də Təhlükəsizlik Şurasının gündəliyinə olacaq", - o deyib.
Freyzer həmçinin bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək.
Azərbaycan 2012-2013-cü illər üçün ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.