...

Astara Rayon Mərkəzi Xəstəxanasının təmir işlərinin başa çatdırılması üçün 1,5 milyon manat ayrılıb

Siyasət Materials 23 Noyabr 2011 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının təmir işlərinin başa çatdırılması üçün 1,5 milyon manat ayrılıb

Azərbaycan, bakı, 23 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinin başa çatdırılması və tibb avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti