...

Bakıda Azərbaycan-İraq münasibətləri müzakirə olunacaq

Siyasət Materials 2 Dekabr 2011 11:36 (UTC +04:00)
Danışıqlar İraqın xarici işlər naziri Huşyar Zibarinin dekabrın 15-də Bakıya səfəri zamanı keçiriləcək. Bu barədə Trend-ə İraq səfirliyindən məlumat verilib.
Bakıda Azərbaycan-İraq münasibətləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 2 dekabr / Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan-İraq münasibətləri müzakirə olunacaq.

Danışıqlar İraqın xarici işlər naziri Huşyar Zibarinin dekabrın 15-də Bakıya səfəri zamanı keçiriləcək. Bu barədə Trend-ə İraq səfirliyindən məlumat verilib.

Bundan əvvəl İraq XİN rəhbərinin səfəri aprelə təyin olunmuşdu, lakin texniki səbəblər üzündən səfər ertələnmişdi.

Səfər Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçiriləcək.

İraq və Azərbaycanın XİN rəhbərləri iki ölkə arasındakı münasibətlərin perspektivlərini müzakirə etməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti