...

Rusiya parlament seçkilərində hakim partiya öndədir

Siyasət Materials 5 Dekabr 2011 02:25 (UTC +04:00)
Rusiyada bazar günü keçirilmiş parlament seçkilərində ölkədə hakimiyyətdə olan "Vahid Rusiya" partiyası 50,10% səslə öndədir.
Rusiya parlament seçkilərində hakim partiya öndədir

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Rusiyada bazar günü keçirilmiş parlament seçkilərində ölkədə hakimiyyətdə olan "Vahid Rusiya" partiyası 50,10% səslə öndədir.

Trend-in RİA Novostyə istinadən verdiyi məlumata görə, Rusiyanın Mərkəzi Seçki Komissiyası tərəfindən seçki protokollarının 61,37%-in hesablanması nəticəsində Rusiya Federasiyası Kommunist Partiyası 19,49% səslə ikinci yerdədir, üçüncü yerdə 12,85% səslə "Ədalətli Rusiya" partiyası, dördüncü yerdə isə 11,95% səslə Rusiya Liberal-Demokratik Partiyası yerləşib.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına keçmək üçün partiyalar 7%- dən çox səs toplamalıdırlar.

"Vahid Rusiya"-nın Ali Şurasının başçısı Boris Qrızlov artıq partiyanın seçkilərdə qalib gəlməsini elan edib.

Partiyanın seçki siyahısına başçılıq edən Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, seçkilərin nəticələri "Vahid Rusiya"nın seçdiyi kursunu davam etmək mənəvi haqqını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti