...

Meksika hökuməti Müəmmər Qəddafinin oğlunun bu ölkəyə qaçmasının qarşısını alıb

Siyasət Materials 7 Dekabr 2011 21:01 (UTC +04:00)
Meksikanın xüsusi xidmət orqanları Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Saadinin bu Latın Amerikası ölkəsinə qaçmaq cəhdinin qarşısını alıb.
Meksika hökuməti Müəmmər Qəddafinin oğlunun bu ölkəyə qaçmasının qarşısını alıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Meksikanın xüsusi xidmət orqanları Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Saadinin bu Latın Amerikası ölkəsinə qaçmaq cəhdinin qarşısını alıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Meksikanın daxili işlər naziri Alexandro Poire Romero deyib.

Nazirin sözlərinə görə, "beynəlxalq miqyaslı" cinayət qruplarından biri sentyabrda Saadi və onun ailəsini qondarma adlarla bu ölkəyə keçirməyə cəhd edib, lakin xüsusi xidmət orqanları bu işin üstünü açmağı bacarıblar.

Hazırda 38 yaşlı Saadi Qəddafi Nigerdədir. O, bu ölkəyə sentyabrın ortalarında qaçıb.

Sonradan Niger hökuməti İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Qəddafinin oğluna "humanitar düşüncələr" əsasında sığınacaq verib.

Xəbər lenti

Xəbər lenti