...

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb

Siyasət Materials 12 Dekabr 2011 17:49 (UTC +04:00)
Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri, Gürcüstan xalqının böyük dostu Heydər Əliyevin vəfatının 8-ci ildönümünə həsr edilmiş mərasim keçirilib.
Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri, Gürcüstan xalqının böyük dostu Heydər Əliyevin vəfatının 8-ci ildönümünə həsr edilmiş mərasim keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bazar ertəsi səhər saatlarında Heydər Əliyevin Tbilisidəki büstünə əklil qoyulub, Gürcüstanın bütün məscidlərində Heydər Əlieyin ruhuna dualar oxunub.

Mərasimlərdə Gürcüstanın hökumət, parlament nümayəndələri, eləcə də ölkənin gürcü və azərbaycanlı icmalarının nümayəndələri iştirak ediblər. İştirakçılar qarşısında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Kvemo Kartli qubernatoru David Kirkitadze, qubernatorun müavini Koba Kobiaşvili və deputat Azər Süleymanov çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti