...

Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq

Siyasət Materials 20 Dekabr 2011 14:20 (UTC +04:00)
Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, hazırda saziş üzərində iş gedir və onun yaxın zamanlarda imzalanması planlaşdırılır.

"Burada həm deputatların, həm də parlament icra strukturlarının birgə fəaliyyəti nəzərdə tutulur", - Mirzəyev bildirib.

Aparat rəhbəri həmçinin deyib ki, Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisinin birgə hazırladığı "Nizama salınmanın təsirinin qiymətləndirilməsi haqqında" qanun layihəsi artıq hazırdır.

Onun sözlərinə görə, bu sənədin hazırlanmasına 2 il vaxt sərf olunub.

"Layihənin hazırlanmasında Avropa təcrübəsinə xüsusi önəm verilib. Hazırda layihə üzərində tamamlanma işləri gedir və iş başa çatan kimi baxılması üçün müvafiq qurumlara göndəriləcək", - Mirzəyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti