Azərbaycan, Bakı, 24 dekabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə gül dəstələri qoyublar.
Sonra dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və yaxınlarının məzarlarını ziyarət etmişlər.