...

Metyu Brayzanın namizədliyinin yenidən Azərbaycanda səfir postuna irəli sürülməsi vacibdir - senator

Siyasət Materials 11 Yanvar 2012 10:46 (UTC +04:00)
Senatın Metyu Brayzanın namizədliyinə yenidən baxmaq imkanı əldə etməsi üçün ABŞ Prezidenti Barak Obama tərəfindən onun namizədliyi təkrar irəli sürülməlidir.
Metyu Brayzanın namizədliyinin yenidən Azərbaycanda səfir postuna irəli sürülməsi vacibdir - senator

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Senatın Metyu Brayzanın namizədliyinə yenidən baxmaq imkanı əldə etməsi üçün ABŞ Prezidenti Barak Obama tərəfindən onun namizədliyi təkrar irəli sürülməlidir. Trend-in məlumatına görə, bu barədə senator Frank R.Lotenberq "Pax Turcica"nın (Azərbaycan və Türkiyə diasporunun yaratdığı Araşdırma Mərkəzi) sualına cavab verərkən deyib.

"Mən Prezidentin təqdim etdiyi namizədlərə dair məsləhətlər verməyi konstitusiya öhdəçiliyim və mühüm vəzifələrimdən biri hesab edirəm. Mən səfirliyə namizədlərdən hər birini onun təcrübəsi və bu vəzifə üçün intellektual potensialı nöqteyi-nəzərindən qiymətləndirirəm", - senator məktubda bildirir. Bu barədə, Amerika-Azərbaycan Şurasının məlumatında deyilir.

Prezident Barak Obama 2010-cu il dekabrın 29-da şəxsi qərarı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ Konqresi bir neçə ay ərzində erməniyönlü senatorlar Barbara Bokser və Robert Menendesin təzyiqi altında onun namizədliyinin təsdiqlənməsinə mane olub.

Dekabrın sonlarında səfir Brayza Azərbaycandakı missiyasını başa vuraraq ABŞ-a qayıdıb.

Xəbər lenti

Xəbər lenti