...

Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Bakıda seçki məntəqəsi yaradılıb

Siyasət Materials 15 Yanvar 2012 11:55 (UTC +04:00)
Azərbaycanda olan Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Qazaxıstanın Azərbaycandakı səfirliyində 140 saylı səsvermə məntəqəsi yaradılıb.
Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Bakıda seçki məntəqəsi yaradılıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend /

Azərbaycanda olan Qazaxıstan vətəndaşlarının parlament seçkilərində səs verməsi üçün Qazaxıstanın Azərbaycandakı səfirliyində 140 saylı səsvermə məntəqəsi yaradılıb.

Trend-in məlumatına görə, səsvermə məntəqəsi yerli vaxtla saat 07:00-də açılıb.

Səsvermə məntəqəsi açıldıqdan sonra ilk olaraq səsvermədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, onun həyat yoldaşı, səfirliyin nümayəndələri iştirak edib.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir

Xəbər lenti

Xəbər lenti